Bu gün Bakıda həndbol üzrə Avropa çempionatının seçmə mərhələsinin qrup oyunları başlayır.
Bizim.Media xəbər verir ki, yarışda kişilərdən ibarət milli komandalar mübarizə aparacaq.
Azərbaycan həndbolçularının qrupdakı rəqibləri Malta, Kipr və Böyük Britaniya yığmalarıdır.
Mərhələnin ilk oyunu saat 14-45-də Böyük Britaniya həndbolçuları ilə Kipr komandası arasında olacaq.
Saat 17-00-da isə Azərbaycan-Malta oyunu keçiriləcək. Bütün oyunlar Bakı idman Sarayında baş tutacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media