Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Turan Tovuz" bu gün növbəti yoxlama oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun komandası İsveçrənin "Aarau" klubu ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. "Aarau" İsveçrənin ikinci liqasında çıxış edir.
Qeyd edək ki, ilk sınaq matçında Rumıniya "Petrolul"una uduzan (2:3) "Turan Tovuz" yanvarın 17-də Polşanın “Qurnik“ komandasını sınağa çəkəcək. Qərb təmsilçisi yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media