Antalyada təlim-məşq toplanışını davam etdirən çempion “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Ağdam klubu Polşanın “Rakuv” komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18-00-da başlayacaq. Qeyd edək ki, Yanvarın 4-dən Antalyada olan "Qarabağ" yanvarın 18-də iki görüş keçirəcək.
Əvvəlcə Serbiya "Çukariçki"si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi "Poqon"u sınağa çəkəcək. Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media