Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) yoxlama oyunu keçirib.
Bizim.Media xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniyanın “Çelye” klubu ilə qarşılaşıb. Üç hissədən ibarət olan görüş 1:1 hesabı ilə başa çatıb.
Emreli start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
"Dinamo" - "Çelye" - 1:1
Qollar: İvanuşeç, 97 (0:1), Petkoviç, 113 (1:1)
Bizim.Media