Kişi voleybolçuların yüksək liqasında bu gün 2-ci turun bir görüşü keçirilib.
Bizim Media xəbər verir ki, Dərnəgül voleybol mərkəzində “Murov” və MOİK komandaları üz-üzə gəlib. Rəqibindən xeyli üstün olan “Murov” “hərbçilər”dən hər 3 setdə üstün olub 3-0 (15-25, 11-25, 17:25).
Bu qələbədən sonra 2 oyundan 6 xal toplayan “Murov” turnir cədvəlində liderliyə yüksəlib. 3 xala malik “Xarı Bülbül - Şuşa” və “Neftçi”nin 3 xalı var. Xal qazanmayan MOİK sonuncudur.
Qeyd edək ki, bu gün keçirilməli olan “Neftçi”-“Xarı Bülbül - Şuşa” qarşılaşması birincilərinin oyunçularının qrip virusuna yoluxması səbəbindən təxirə salınıb.
Rəşad Rafiqoğlu, Bizim.Media