Şahmat üzrə Azərbaycan çempionatının mükafat fondu artırıldı

Bu gün kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının püşkü atılıb. Yarışın baş hakimi Qüdrət İsmayılov əvvəlcə reqlament barədə iştirakçılara məlumat verib, sonra çempionatın mükafat fondu açıqlanıb.

Bizim.Media xəbər verir ki, ölkə çempionatında Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Abdulla Qədimbəyli, Əhməd Əhmədzadə, Ülvi Sadıqov, Xəzər Babazadə, Murad İbrahimli, İsmayıl Şahəliyev, Vüqar Manafov, Şiroğlan Talıbov, Fərid Mustafayev, Elvin Bayramov, Şahin Vəliyev, Fariz Əhmədov, Xaqan Əhməd və İsmayıl Qurbanov mübarizə aparacaq.

Qeyd edək ki, yarışa 14, 16 və 18 yaşlılar arasında ölkə çempionatının qalibləri, eləcə də Azərbaycan çempionatının seçmə yarışında (birinci dəstə üzrə) ən yaxşı nəticə göstərən 7 iştirakçı dəvət olunub.
Çempionatın reytinq favoriti Nicat Abasovdur. Yarışın ən yaşlı iştirakçısı 1992-ci təvəllüdlü Vasif Durarbəylidi. Turnirin ən gənc şahmatçısı birinci dəstədə Azərbaycan çempionatının qalibi olan yeniyetmələr arasında Avropa birinciliyinin gümüş medalçısı - 12 yaşlı Xaqan Əhməd sayılır.

Azərbaycan çempionatının mükafat fondu artırılaraq 25 min manata çatdırılıb. Yarışın qalibi 10 min manat pul mükafatı qazanacaq və böyüklər arasında Azərbaycan milli komandasına vəsiqə əldə edəcək.

Çempionatda ilk beş yeri tutacaq şahmatçılar əsasnaməyə uyğun olaraq mükafatlandırılacaq. 

Yanvarın 13-də başlayacaq Azərbaycan çempionatı 9 turdan ibarət olacaq. İlk dörd yeri tutacaq şahmatçılar final mərhələsində mübarizəni davam etdirəcək.
Ölkə çempionu yarımfinal və final görüşündən sonra məlum olacaq. Yarımfinala vəsiqə qazanacaq şahmatçılar şəxsi Avropa çempionatında iştirak hüququ qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır” – VİDEO

Tramp: “Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır” – VİDEO

Lökbatanda “Qobu Park”da YANĞIN

Lökbatanda “Qobu Park”da YANĞIN

Tramp: “Biz 8 müharibəyə son qoyduq”

Tramp: “Biz 8 müharibəyə son qoyduq”

Azərbaycanlı hakim Ermənistan yığmasının oyununa təyinat aldı

Azərbaycanlı hakim Ermənistan yığmasının oyununa təyinat aldı

Beynəlxalq münasibətlərdə YENİ DÖNƏM – Trampın Sülh Şurası ideyasının perspektivləri – MÜSAHİBƏ

Beynəlxalq münasibətlərdə YENİ DÖNƏM – Trampın Sülh Şurası ideyasının perspektivləri – MÜSAHİBƏ

ABŞ Səfirliyi “Qarabağ”ı belə təbrik etdi – FOTO

ABŞ Səfirliyi “Qarabağ”ı belə təbrik etdi – FOTO

İsmayıllıda dəfinə tapmaq üçün qalanı uçurdular – FOTO

İsmayıllıda dəfinə tapmaq üçün qalanı uçurdular – FOTO

Prezident Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin İMZALANMA MƏRASİMİNDƏ -CANLI

Prezident Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin İMZALANMA MƏRASİMİNDƏ -CANLI

Ceyhun Bayramov NATO nümayəndəsi ilə görüşdü – FOTO

Ceyhun Bayramov NATO nümayəndəsi ilə görüşdü – FOTO

Çempionlar Liqasında “Qarabağ”dan sensasiya, “Barselona” və “Liverpul”dan rekord göstəricilər

Çempionlar Liqasında “Qarabağ”dan sensasiya, “Barselona” və “Liverpul”dan rekord göstəricilər

Savaş Özdemir Bakıda - VİDEO

Savaş Özdemir Bakıda - VİDEO

Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR

Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR

Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO

Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO

Təranədən Musayevlərlə bağlı qalmaqallı AÇIQLAMA: “Mən onları qəbul etməmişəm!” - VİDEO

Təranədən Musayevlərlə bağlı qalmaqallı AÇIQLAMA: “Mən onları qəbul etməmişəm!” - VİDEO

"Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib

"Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib

Xanımının bu hərəkəti Miri Yusifi əsəbiləşdirdi – VİDEO

Xanımının bu hərəkəti Miri Yusifi əsəbiləşdirdi – VİDEO

Qədim bask dili ilə türk dili arasında SENSASİON BƏNZƏRLİK üzə çıxdı

Qədim bask dili ilə türk dili arasında SENSASİON BƏNZƏRLİK üzə çıxdı

Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur

Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur

“Dinamo”nun yarımmüdafiəçisi “Turan Tovuz”un transfer HƏDƏFİNDƏ

“Dinamo”nun yarımmüdafiəçisi “Turan Tovuz”un transfer HƏDƏFİNDƏ

Ən çox hansı sahələrdə maaşlar GECİKDİRİLİR? – Rəsmi CAVAB

Ən çox hansı sahələrdə maaşlar GECİKDİRİLİR? – Rəsmi CAVAB

Ödənişli atalıq məzuniyyətinin verilmə qaydası AÇIQLANDI – RƏSMİ

Ödənişli atalıq məzuniyyətinin verilmə qaydası AÇIQLANDI – RƏSMİ

Trampla görüşmək üçün Davosa getdi

Trampla görüşmək üçün Davosa getdi

Saatlıq əməkhaqqı sisteminə ilk bu şəxslər keçə bilər – Xidmət rəisindən AÇIQLAMA

Saatlıq əməkhaqqı sisteminə ilk bu şəxslər keçə bilər – Xidmət rəisindən AÇIQLAMA

Azərbaycanda 1 milyon 827 min nəfərin ƏMƏK MÜQAVİLƏSİ VAR

Azərbaycanda 1 milyon 827 min nəfərin ƏMƏK MÜQAVİLƏSİ VAR

End of content

No more pages to load

RADİO