Yanvarın 12-də Azərbaycan Cüdo Federasiyasının (ACF) “Ağstafa Olimpiya İdman Klubu”nun tərkibində yaratdığı Ağstafa cüdo təlim mərkəzinə baxış keçirilib. ACF Prezidenti Rəşad Nəbiyev, Ağstafa ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şərait ilə tanış olublar.
Bizim.Media xəbər verir ki, indiyə qədər Ağstafa rayonunda cüdo bölməsi olmayıb. Bu baxımdan, istifadəyə verilən cüdo təlim mərkəzi Ağstafada cüdo idman növünün inkişafında mühüm rol oynayacaq.
Yüksək səviyyədə inşa olunan cüdo təlim mərkəzinin ümumi sahəsi 450 m2 təşkil edir.
Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) var və sahəsi müvafiq olaraq 320 m2-dir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.
Rəşad Rafiqoğlu, Bizim.Media