“Səbail” klubu qış fasiləsində ilk transferini reaalşadırıb.
Bizim.Media xəbər verir ki, Bayıl təmsilçisi David Qomeslə anlaşıb. Legioner hücumçu mövqeyində çıxış edir.
O, Qvineya-Bisau yığmasının üzvüdür.
Forvard ölkəsinin əsas komandasında hələlik 1 oyun keçirib. Fransada dünyaya gələn və yaşadığı dövlətin vətəndaşlığını da daşıyan Qomis son olaraq «Pau»nun şərəfini qoruyub. 30 yaşlı ön xətt oyunçusu peşəkar kayrerasına 2011-ci ildə “Tulon”da başlayıb.
Növbəti illərdə “Frejus Sent-Rapaël”, “Tulon-Le Las”, “Qazélek Ayaçço” və “Klermont”un formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media