Antalyada təlim-məşq toplanışında olan "Şamaxı"nın Rumıniya yüksək liqa təmsilçisi "Botaşani" ilə yoxlama oyunu sona kimi oynanılmayıb.
Bizim.Media xəbər verir ki, 18:30-da başlayan matç 2-ci hissədə yarımçıq dayandırılıb. Buna səbəb güclü yağışın yağmasıdır.
"Şamaxı" 68 dəqiqə oynanılan görüşdə rəqibinə 0:1 hesabı ilə uduzurdu.
Bizim.Media