“Neftçi”nin futbolçusu Yusuf Laval komandadan ayrılır.
Bizim.Media xəbər ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Portuqaliyanın “Arouka” klubu ilə Lavalın satışı ilə əlaqədar rəsmi danışıqlara başlandığı bildirilib.
Nigeriyalı yarımmüdafiəçi bu gün "Neftçi"nin düşərgəsindən ayrılaraq Antaliyadan Bakıya dönəcək. O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək.
Yusuf Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq.
Qeyd edək ki, Yusuf Laval 2020-ci ilin yayından "Neftçi"də çıxış edir.
Rəşad Rafiqoğlu, Bizim.Media