Gəncə klubu yeni futbolçu ilə anlaşıb. “Kəpəz” rəhbərliyi fransalı yarımmüdafiəçi Salif Sisse ilə artıq müqavilə bağlayıb.
Bizim.Media xəbər verir ki, Seneqal kökənli ön xətt oyunçusu son olaraq Litvada çıxış edib. Fransa vətəndaşlığı daşıyan Salif “Kəpəz”in formasını geyinmək üçün “Hegelmann”dan ayrılıb.
Qeyd edək ki, bu “Kəpəz”in qış fasiləsindəki ilk transferidir.
Rəşad Rafiqoğlu, Bizim.Media