Qadın boksçularımız beynəlxalq turnirə yollanır

Qadın və qız boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışını davam etdirir. 

Bizim media xəbər verir ki, baş məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında bir araya gələn yığma hazırlığı Bakı Boks Mərkəzində keçir.

Gündə 2 dəfə təşkil olunan məşqlərə liderlər cəlb edilib. Yanvarın 14-də başa çatacaq toplanışda əsas məqsəd milli üzvlərinin hazırkı durumu ilə tanışlıq xarakteri daşıyır.

Komandada əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu bildirən Məmmədovun sözlərinə görə, qarşıdakı beynəlxalq turnirlərdəki nəticələrə əsasən yığmanın yekun heyəti formalaşacaq: 

“Yanvarın 17-də Serbiyada 4 yaş qrupu üzrə beynəlxalq turnir başlayacaq. Yarışda 45-dək ölkənin iştirakı gözlənilir. Məktəblilər istisna olmaqla, hər yaş qrupundan çıxış edəcəyik.

Yeniyetmələr, gənclər və böyüklərin mübarizəsində boksçularımızı yoxlayacağıq. Bu bizim üçün çox vacibdir”.

Baş məşqçi bildirib ki, bu il qadın boksçularımızı çox ciddi yarışlar gözləyir.

O, əsas hədəfin Hindistanda baş tutacaq dünya çempionatı, Bakıda keçiriləcək U-22-lərin Avropa çempionatı və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirlərin olduğunu deyib: 

“Toplanışa 24 boksçu cəlb etmişik. Onların arasında Avropa çempionatlarının 5 mükafatçısı – qızıl, gümüş və bürünc medalçıları da hazırlıq keçir. Olimpiya Oyunlarına vaxtın az qalması və U-22-lər arasında Avropa çempionatının Bakıda keçirilməsi məsuliyyətimizi daha da artır.

Qarşıda bizi dünya çempionatı da gözləyir. Buna görə də beynəlxalq yarışların nəticəsini nəzərə alıb seçim edəcəyik. Məqsədimiz iştirak edəcəyimiz yarışlardan ölkəmizə medallarla qayıtmaqdır”.

Qeyd edək ki, yığmamız Serbiyada beynəlxalq turnirdə 12 boksçu ilə təmsil olunacaq. Səfərə yollanacaq heyət toplanışın son günündə açıqlanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lökbatanda “Qobu Park”da YANĞIN

Lökbatanda “Qobu Park”da YANĞIN

Tramp: “Biz 8 müharibəyə son qoyduq”

Tramp: “Biz 8 müharibəyə son qoyduq”

Azərbaycanlı hakim Ermənistan yığmasının oyununa təyinat aldı

Azərbaycanlı hakim Ermənistan yığmasının oyununa təyinat aldı

Beynəlxalq münasibətlərdə YENİ DÖNƏM – Trampın Sülh Şurası ideyasının perspektivləri – MÜSAHİBƏ

Beynəlxalq münasibətlərdə YENİ DÖNƏM – Trampın Sülh Şurası ideyasının perspektivləri – MÜSAHİBƏ

ABŞ Səfirliyi “Qarabağ”ı belə təbrik etdi – FOTO

ABŞ Səfirliyi “Qarabağ”ı belə təbrik etdi – FOTO

İsmayıllıda dəfinə tapmaq üçün qalanı uçurdular – FOTO

İsmayıllıda dəfinə tapmaq üçün qalanı uçurdular – FOTO

Prezident Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin İMZALANMA MƏRASİMİNDƏ -CANLI

Prezident Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin İMZALANMA MƏRASİMİNDƏ -CANLI

Ceyhun Bayramov NATO nümayəndəsi ilə görüşdü – FOTO

Ceyhun Bayramov NATO nümayəndəsi ilə görüşdü – FOTO

Çempionlar Liqasında “Qarabağ”dan sensasiya, “Barselona” və “Liverpul”dan rekord göstəricilər

Çempionlar Liqasında “Qarabağ”dan sensasiya, “Barselona” və “Liverpul”dan rekord göstəricilər

Savaş Özdemir Bakıda - VİDEO

Savaş Özdemir Bakıda - VİDEO

Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR

Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR

Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO

Şəkidə onlarla ailə TƏHLÜKƏ qarşısında - Ev quşlarının qənimi tapılacaqmı? – FOTO/VİDEO

Təranədən Musayevlərlə bağlı qalmaqallı AÇIQLAMA: “Mən onları qəbul etməmişəm!” - VİDEO

Təranədən Musayevlərlə bağlı qalmaqallı AÇIQLAMA: “Mən onları qəbul etməmişəm!” - VİDEO

"Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib

"Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib

Xanımının bu hərəkəti Miri Yusifi əsəbiləşdirdi – VİDEO

Xanımının bu hərəkəti Miri Yusifi əsəbiləşdirdi – VİDEO

Qədim bask dili ilə türk dili arasında SENSASİON BƏNZƏRLİK üzə çıxdı

Qədim bask dili ilə türk dili arasında SENSASİON BƏNZƏRLİK üzə çıxdı

Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur

Azərbaycanda uşaq əməyinə görə məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur

“Dinamo”nun yarımmüdafiəçisi “Turan Tovuz”un transfer HƏDƏFİNDƏ

“Dinamo”nun yarımmüdafiəçisi “Turan Tovuz”un transfer HƏDƏFİNDƏ

Ən çox hansı sahələrdə maaşlar GECİKDİRİLİR? – Rəsmi CAVAB

Ən çox hansı sahələrdə maaşlar GECİKDİRİLİR? – Rəsmi CAVAB

Ödənişli atalıq məzuniyyətinin verilmə qaydası AÇIQLANDI – RƏSMİ

Ödənişli atalıq məzuniyyətinin verilmə qaydası AÇIQLANDI – RƏSMİ

Trampla görüşmək üçün Davosa getdi

Trampla görüşmək üçün Davosa getdi

Saatlıq əməkhaqqı sisteminə ilk bu şəxslər keçə bilər – Xidmət rəisindən AÇIQLAMA

Saatlıq əməkhaqqı sisteminə ilk bu şəxslər keçə bilər – Xidmət rəisindən AÇIQLAMA

Azərbaycanda 1 milyon 827 min nəfərin ƏMƏK MÜQAVİLƏSİ VAR

Azərbaycanda 1 milyon 827 min nəfərin ƏMƏK MÜQAVİLƏSİ VAR

Ötən il 89 nəfər əvvəlki iş yerlərinə bərpa edilib

Ötən il 89 nəfər əvvəlki iş yerlərinə bərpa edilib

End of content

No more pages to load

RADİO