Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” məşqlərini davam etdirir.
Bizim.Media xəbər verir ki, hazırlıqda iştirak etməyən yeganə futbolçu Plipe Çabidir. Portuqaliyalı legioner hələ də klubun sıralarına qoşulmayıb.
Bu arada “Sumqayıt”ın Antalyadakı yoxlama oyunlarında daha bir rəqibi müəyyənləşib.
Samir Abasovun yetirmələri Rusiyanın “Krılya Sovetov” klubu ilə qarşılaşacaq. Görüş yanvarın 17-də keçiriləcək. Buna qədər isə komanda yanvarın 12-də Macarıtsanın “Mezekeveş” komandası ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media




