Kristiano Ronaldo Səudiyyə Ərəbistanının DÇ-2030-un səfiri olacaq.
Bizim.Media "goal.com"a istinadən xəbər verir ki, 38 yaşlı portuqaliyalı bunun üçün böyük vəsait alacaq.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçən Ronaldo bu ölkənin mundiala ev sahibliyinə namizədliyini dəstəkləyəcək. Kriştiano buna görə 200 milyon avro qazanacaq.
Qeyd edək ki, DÇ-2030-a ev sahibliyi etməyə namizədlər arasında Ronaldonun vətəni Portuqaliya da var. Pireneylilər nundialı İspaniya və Ukrayna ilə birlikdə təşkil etmək istəyir.
Bizim.Media