"Neftçi"nin Türkiyədə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçının başlama saatı bəlli olub.
Bizim.Media xəbər verir ki, paytaxt klubu bu gün Macarıstan "Vaşaş" klubu ilə Bakı vaxtı ilə saat 18:00-da qarşılaşacaq.
"Neftçi" həmçinin yanvarın 15-də “Miedz" və "Baçka Topola", yanvarın 19-da isə "Srvena Zvezda" ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media