Uels millisinin hücumçusu Qaret Beyl futbolçu karyerasını başa vurub.
Bizim.Media xəbər verir ki, bu barədə 33 yaşlı oyunçu özünün sosial şəbəkə hesabında yazıb:
“Çox düşündükdən sonra klubumu və beynəlxalq karyeramı başa vurduğumu elan edirəm. Arzumu reallaşdırdığım və sevdiyim idmanla məşğul olduğum üçün inanılmaz şanslıyam. İndi həyatımda yeni bir səhifəyə gedirəm. Bu, dəyişiklik və yeni sərgüzəştlər üçün fürsətdir”.
Qeyd edək ki, Beylin son klubu ABŞ-ın "Los-Anceles" klubu olub. O, karyerası ərzində "Sauthempton", "Tottenhem" və "Real"da oynayıb.
Bizim.Media