Azərbaycan cüdoçuları Avstriyada Olimpiya təlim düşərgəsində iştirak edir - FOTO 

Cüdo üzrə Azərbaycan milli komandası Avstriyanın Miteşil şəhərində təşkil olunan Olimpiya təlim düşərgəsində iştirak edir. 

Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, hazırlıq prosesinə böyüklərdən və gənclərdən ibarət yığmadan 27 idmançı qatılıb. Toplanışda 10 qadın cüdoçu da iştirak edir. 

1993-cü ildən bəri keçirilən təlim-məşq toplanışına dünyanın 45 ölkəsindən 700-dən çox idmançı qatılıb. Onların arasında reytinq cədvəlinin ilk "7-liy"ində qərarlaşan cüdoçular, 14 olimpiya çempionu, 5 dünya çempionu, digər nüfuzlu turnirlərin qalibləri və mükafatçıları var. 
Təlimləri dəyərləndirən milli komandanın baş məşqçisi Riçard Trautman toplanışın qarşıdakı nüfuzlu yarışlara hazırlıq xarakteri daşıdığını bildirib: "Yeni təqvim ilinin başlanğıcıdır və bu təlim-məşq ilin ilk rəsmi toplanışıdır deyə buraya çox sayda reytinqli idmançı qatılıb.

İdmançılarımızın Miteşil Olimpiya idman düşərgəsində iştirakları Portuqaliyada keçiriləcək Qran Pri və Parisdəki Böyük Dəbilqə turnirlərinə hazırlıq məqsədi daşıyır. Həmçinin, bu təlim yeni strategiyalar və texnikalar üzərində işləmək üçün müsbət şərait yaradacaq". 
Cüdoçulara Trautmanla yanaşı, performans direktoru Mark van der Ham, , böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və məşqçi Elnur İsmayılov rəhbərlik edir. 

Qeyd edək ki, bu gün başlayan toplanış yanvarın 17-dək davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə elan etdi: Suriyada kürd terrorçularının hekayəsi sona çatır

Türkiyə elan etdi: Suriyada kürd terrorçularının hekayəsi sona çatır

ABŞ-ın Qrenlandiya ilə bağlı gizli planı ÜZƏ ÇIXDI – Danimarkadan REAKSİYA – EKSKLÜZİV

ABŞ-ın Qrenlandiya ilə bağlı gizli planı ÜZƏ ÇIXDI – Danimarkadan REAKSİYA – EKSKLÜZİV

Trampın oğlu qadını rusiyalıdan necə xilas etdi? - DETALLAR

Trampın oğlu qadını rusiyalıdan necə xilas etdi? - DETALLAR

Misir Mərdanovun bu vəzifəyə təyinatı təsdiqləndi - FOTO

Misir Mərdanovun bu vəzifəyə təyinatı təsdiqləndi - FOTO

Hava limanlarının inşası ilə bağlı QANUN DƏYİŞİR

Hava limanlarının inşası ilə bağlı QANUN DƏYİŞİR

Kreml yerli xalqlara qarşı təzyiqləri artırır

Kreml yerli xalqlara qarşı təzyiqləri artırır

Özbəkistan vətəndaşı Rusiyada müharibədə iştirak etdikdən sonra qaçdı

Özbəkistan vətəndaşı Rusiyada müharibədə iştirak etdikdən sonra qaçdı

Bakıda oğurluq edən qardaşlar tutuldu – ANBAAN VİDEO

Bakıda oğurluq edən qardaşlar tutuldu – ANBAAN VİDEO

Rubio:” Digər liderlər də Sülh Şurasının tərkibinə qoşulacaq”

Rubio:” Digər liderlər də Sülh Şurasının tərkibinə qoşulacaq”

İlham Əliyev və Donald Tramp arasında GÖRÜŞ KEÇİRİLDİ

İlham Əliyev və Donald Tramp arasında GÖRÜŞ KEÇİRİLDİ

Macarıstan “Sülh Şurası”na qoşulmaq üçün ödəniş etməyəcək

Macarıstan “Sülh Şurası”na qoşulmaq üçün ödəniş etməyəcək

2026-cı ilə banklar hansı maliyyə imkanları ilə başladı? – ARAŞDIRMA

2026-cı ilə banklar hansı maliyyə imkanları ilə başladı? – ARAŞDIRMA

Hollivudun “qızıl cütlüyü” boşanır?

Hollivudun “qızıl cütlüyü” boşanır?

Nazirlik Azər Aydəmirə 657 min manat ÖDƏYƏCƏK

Nazirlik Azər Aydəmirə 657 min manat ÖDƏYƏCƏK

Aysun atasına "QOVUŞDU" – FOTO

Aysun atasına "QOVUŞDU" – FOTO

“Qarabağ”ın müdafiəçisi Çempionlar Liqasının ən yaxşıları SIRASINDA

“Qarabağ”ın müdafiəçisi Çempionlar Liqasının ən yaxşıları SIRASINDA

ABŞ prezidenti: "İran ilə danışacağıq"

ABŞ prezidenti: "İran ilə danışacağıq"

Tramp: “BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib”

Tramp: “BMT müharibələri bitirmək üçün kifayət qədər səy göstərməyib”

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

ABŞ Prezidenti: Ukrayna Putin üçün “gözünün ağı” olub

ABŞ Prezidenti: Ukrayna Putin üçün “gözünün ağı” olub

“Allaha dua edirdim ki, Bəhlul qol vursun” - Atası

“Allaha dua edirdim ki, Bəhlul qol vursun” - Atası

Tramp: “Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik”

Tramp: “Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik”

İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi qoşulması ilə bağlı sənədi İMZALADI – VİDEO

İlham Əliyev Azərbaycanın Sülh Şurasına təsisçi üzv kimi qoşulması ilə bağlı sənədi İMZALADI – VİDEO

Beyləqanda “Kontakt” dövrü başladı: AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR

Beyləqanda “Kontakt” dövrü başladı: AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİMLƏR

End of content

No more pages to load

RADİO