“Neftçi” klubu qış fasiləsinin ilk transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, klub millimizin müdafiəçisi Höccət Haqverdini heyətinə qatıb. Bu barədə klubun rəsmi televiziyası məlumat verib.
Futbolçu ilə 1,5 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, ölkəmizdə “Sumqayıt”da oynayan Höccət Haqverdi son olaraq Təbrizin “Traktor” klubunun formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media