“Turan Tovuz” klubu qış fasiləsində ilk transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Qərb təmsilçisi cinah müdafiəçisi Denis Marandiçi heyətinə əlavə edib. 26 yaşlı moldovalı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Denis öz ölkəsinin "Leyriya" və "Çelye" klublarında çıxış edib. Onun son klubu isə "Jrinski Mostar"dır. Adıçəkilən futbolçu Moldova millisində 6 oyun keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media