Bu gün "Turan Tovuz" klubu Türkiyə toplanışı çərçivəsində ilk yoxlama görüşünə çıxacaq.
Bizim.Media xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv "Petrolul"la qarşılaşacaq.
Rumıniya klubu ilə görüş Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Xatırladaq ki, "Turan Tovuz" yanvarın 13-də Qazaxıstanın "Aarau", 17-də isə Polşanın "Qurnik" klubu ilə üz-üzə gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media
