Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ( IFFHS ) milli komandaların 2022-ci ilin ən yaxşı məşqçilərinin siyahısını dərc edib.
Bizim.Media xəbər verir ki, Argentina ilə DÇ-2022-nin qalibi olan Lionel Skaloni ötən ilin milli komanda çalışdıran ən yaxşı məşqçisi seçilib. O, 240 xal toplayıb.
Fransa millisinin baş məşqçisi Didye Deşam 45 xalla 2-ci, Mərakeş millisinin çalışdırıcısı Valid Reqraqi 30 xalla 3-cü pillədə yer alıb.
İlk beşliyə Zlatko Daliç (Xorvatiya) və Hajime Moriyasu (Yaponiya) daxil olub.
Bizim.Media