Bakının “Səbail” futbol klubu bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matına çıxıb.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Polşanın "Legiya" (Varşava) komandası ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb. "Səbail"in qollarını Qustavo və Mirabdulla Abbasov vurublar.
Qeyd edək ki, "Səbail" hazırlıq prosesi çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək.
Komanda yanvarın 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.
Bizim.Media