Bu gün futbol üzrə Türkiyə Superliqasında mövsümün əsas oyunlarından biri keçiriləcək.
Bizim.Media xəbər verir ki, ilin ilk derbisində “Fənərbağça” “Qalatasaray”la qarşılaşacaq.
Prinsipial rəqiblərin oyunu “Fənər”in doğma meydanı “Şükrü Saracoğlu” stadionunda keçiriləcək.
Bakı vaxtı ilə saat 20-00-da başlayacaq oyunun baş hakimi Halil Mutlu Mener olacaq. Qeyd edək ki, hazırda 36 xala malik “Qalatasaray” Superliqanın lideridir. Ondan bir xal geri qalan “Fənərbağça” ikinci pillədə qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
