Qış təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsində olan “Sabah” hazırlıq çərçivəsində ilk məşqinə çıxıb.
Bizim.Media xəbər verir ki, Hüseyn Aygün təlim-məşq bazasında baş tutan hazırlıq zamanı futbolçular məşqçilərin tapşırığı əsasında müxtəlif təmrinləri yerinə yetiriblər.
Klubun Antalya toplanışı 7-19 yanvar tarixlərini əhatə edəcək.
Komanda hazırlıq çərçivəsində yanvarın 12-də Polşanın “Varta” (Poznan), yanvarın 18-də isə Serbiyanın “Voyvodina” klubları ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Bizim.Media








