“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsindəki təlim-məşq toplanışını davam etdirir.
Bizim.Media xəbər verir ki, komanda ötən gün bir məşqə çıxıb. Məşqdə fiziki təmrinlərlə yanaşı, toplu və taktiki çalışmalar da yerinə yetirilib.
Bu gün hazırlığın iki məşqlə davam etdirilməsi planlaşdırılır. “Ağ-qaralar”ın qardaş ölkədə 4 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.
“Neftçi” yanvarın 10-da Macarıstanın “Vaşaş”, 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media








