Portuqaliya millisinin yeni baş məşqçisi Roberto Martinez olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
DÇ-2022-dəki uğursuzluqdan sonra Belçika millisindən ayrılan 49 yaşlı mütəxəssis Portuqaliya yığmasını çalışdıracaq. Bu məsələ ilə bağlı şifahi razılıq əldə olunub. İspaniyalının təyinatı gələn həftənin sonuna qədər baş tutmalıdır.
Qeyd edək ki, Portuqaliya millisinin son baş məşqçisi Fernando Santuş olub. O, DÇ-2022-dən sonra istefaya göndərilib.
Bizim.Media