“Qarabağ” klubu daha bir futbolçunu transfer etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Portuqaliyanın “Tondela” klubunun yarımmüdafiəçisi Telmu Arkanju ilə razılığa gəlib.
21 yaşlı oyunçunun şəxsi razılığını alan çempion hazırda “Tondela” ilə transfer qiymətini müzakirə edir. Məsələ ondadır ki, poruqaliyalılar ilkin olaraq Arkanjuya görə 1 milyon 500 min avro tələb edirdilər. Ancaq “Qarabağ” bu məbləğin aşağı salınmasına çalışır.
Klublar arasındakı danışıqlarda irəliləyiş var və ciddi problem olmazsa, “Qarabağ” yaxın günlərdə Arkanjinin də keçidini həll edəcək.
Qeyd edək ki, əslən Kapo Verdedən olan futbolçu həm cinahda, həm də mərkəzdə oynaya bilir. “Osais” klubunu yetirməsi olan Arkanji “Sportinq” və “Belenenseş”də də oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
