“Sabah” qış təlim-məşq toplanışına start verib.
Bizim.Media xəbər verir ki, komanda bu gün Türkiyənin Antalyanın Belek bölgəsinə yola düşüb.
Günorta saatlarında təyinat nöqtəsinə çatan komanda, axşam Antalyada ilk məşqinə çıxıb.
Qeyd edək ki, Sabah” hazırlıq çərçivəsində yanvarın 12-də Polşanın “Varta” (Poznan), 18-də isə Serbiyanın “Voyvodina” klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq. Komanda yanvarın 19-da Bakıya qayıdacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
