18 yaşadək futbolçuardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi məlum olub.
Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis Elxan Abdullayev komandanın sükanı arxasına gətirilib.
AFFA onunla 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, E. Abdullayev bundan əvvəl də U-18 yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında Avropa çempionatının seçmə mərhələsində qrupu 3-cü pillədə bitirib.
Rəşad Rafiqoğlu, Bizim.Media