“Turan Tovuz” klubunda qışda komandadan ayrılan ilk futbolçunun adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, gürcüstanlı legioner İmeda Aşortiya komandadan göndərilib.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Futbolçu keçmiş klubu “Dila”ya qayıdıb.
Qeyd edək ki, futbolçu mövsümün əvvəlində transfer edilmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media