Qış fasiləsində heyətini təmizləməyi düşünən “Səbail” klubu daha bir legioneri göndərir.
Bizim.Media xəbər verir ki, bu argentinalı müdafiəçi Fakundo Kardozodur.
Ümidləri doğrultmayan 27 yaşlı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcək. Kordozo bu mövsümün əvvəlində Mahmud Qurbanovun komandaya baş məşqçi təyin olunmasından sonra transfer olunmuşdu.
Rəşad Rafiqoğlu, Bizim.Media