"Çelsi" "Monako"nun müdafiəçisi Benua Badiaşilenin transferi danışıqları yekunlaşdırmağa yaxındır.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romanonun "Twitter" səhifəsinə məlumat verib.
Məlumata görə, bu transfer üçün London klubu 35-40 milyon avro təzminat ödəyəcək. Artıq futbolçunun özü ilə müqavilənin şərtləri ilə razılıq əldə olunub.
Qeyd edək ki, Badiaşile bu mövsüm Frans Liqa 1-də 11 oyuna çıxıb və 2 qol vurub.
Bizim.Media