İtaliya millisinin sabiq üzvü Domeniko Krişito karyerasını bərpa edib.
Bizim.Media xəbər verir ki, o, "Cenoa"ya qayıdıb.
Bu barədə İtaliya B seriyasının təmsilçisinin saytı məlumat yayıb. 35 yaşlı müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Krişito 5-ci dəfə sabiq klubuna qayıdıb.
O, daha əvvəl 2003-2004, 2006-2007, 2008-2011 və 2018-2021-ci illərdə sözügedən klubda çıxış edib.
Qeyd edək ki, D.Krişito bu ilin noyabrında "Toronto"dan ayrılmış və karyerasını başa vurduğunu açıqlamışdı.
Bizim.Media