“Səbail”in qış fasiləsində keçəcəyi hazırlıq planı bəlli olub.
Bizim.Media xəbər verir ki, komanda qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.
Antalyada baş tutacaq təlim-məşq toplanışı yanvarın 3-də başlayacaq. Paytaxt təmsilçisi hazırlıq çərçivəsində "Spartak"dan (Serbiya) və daha 2 komanda ilə yoxlama görüşü keçirəcək.
"Səbail" yanvarın 8-də Polşa “Legiya”sı (Varşava), 12-də Çexiya “Bohemians”ı (Praqa) ilə üz-üzə gələcək. “Spartak”la matç isə yanvarın 16-da olacaq.
Komanda yanvarın 17-da Bakıya qayıdacaq.
Bizim.Media