Çex İrji Proxazka ilə braziliyalı Qlover Teyşeyra arasında UFC (Mütləq Döyüş Çempionatı) yüngül çəkidə çempionluq uğrunda mübarizə 2022-ci ilin ən yaxşı döyüşü kimi tanınıb.
Bizim.Media xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidmətindən xəbər verilib.
Döyüş iyunun 12-də Sinqapurda UFC 275-də baş tutub.
Hazırda UFC yüngül çəki dərəcəsində Proxazka birinci yeri tutur, Teyşeyra 33-8 rekordu ilə ikinci yerdədir.
Bizim.Media

