8PSJ-nin hücumçusu Lionel Messinin klubu ilə imzalayacağı yeni müqavilənin detalları müəyyənləşib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı oyunçu Paris təmsilçisi ilə "1+1" sxemi üzrə müqaviləni uzadacaq.
Bu Messinin klubla müqaviləsinin uzadılması ilə bağlı prinsipial razılıq futbolçunun atası Xorxe ilə PSJ-nin idman direktoru Luis Kampos və klubun sahibi Nasser Əl-Xəlaifi ilə 4 aylıq danışıqlardan sonra əldə olunub.
Messi müqavilənin bütün şərtləri ilə razılaşıb. Belə ki, müqavilənin müddəti iki il olacaq və “1+1” sxemi üzrə imzalanacaq. Onun maaşı hazırkı müqavilədən çox olacaq.
Bizim.Media