Argentina millisinin yarımmüdafiəçisi Anxel Di Mariya yığmadakı karyerasını davam etdirmək qərarına gəlib.
Bizim.Media xarici KİV-nə istinadən xəbər verir ki, "Yuventus"un futbolçusu Argentina yığmasının 2022-ci ildəki uğurlu çıxışı ilə bağlı bu qərarı verib.
Qeyd edək ki, Argentina DÇ-2022-nin finalında Fransaya qalib gələrək turnirin qalibi olub.
Bizim.Media