İsraildə keçirilən Master turnirinə dekabrın 22-də yekun vurulub. Cüdoçularımız turnirdə ümumilikdə 3 medal əldə edib.
Bizim.Media xəbər verir ki, yarışın ilk günündə - 60 kq. çəkidə Balabəy Ağayev bürünc medal, yarışın ikinci günündə isə - 81 kq. çəkidə Səid Mollayi gümüş medal əldə edib.
Yarışın son günündə isə -100 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Cafar Kotsoyevə qalib gələrək bürünc medala sahib olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
