Avarçəkmə Xəzər sularına qayıdır - FOTO

Başa çatmaqda olan 2022-ci il Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) üçün bir sıra yeniliklərlə əlamətdar olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan mətbuat konfransında məlumat verilib.

Federasiyanın vitse-prezidenti Fərid Əmirov və baş katib Fərhad Əliyevin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, 2022-ci ildə avarçəkmə ölkəmizdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bir sıra əlamətdar hadisələrlə yadda qalıb.
“Böyük fəxr hissi ilə bildiririk ki, işğaldan azad olunan ərazilərdə ilk təlim-məşq toplanışı və ilk beynəlxalq idman yarışı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən təşkil olunub.

Mart ayında Suqovuşan qəsəbəsində keçirilən təlim-məşq prosesində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirakı idmançılarımıza göstərilən qayğının nümunəsidir”, deyə Fərhad Əliyev qeyd edib.

Bu il Suqovuşan qəsəbəsində və Mingəçevir şəhərində 2 beynəlxalq idman tədbirinin – may ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Prezident Kuboku” və oktyabrda təşkil olunan, Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilən “Mingəçevir Reqatası” yarışlarının iştirakçı ölkələrin idmançıları və nümayəndə heyətləri tərəfindən böyük razılıqla qarşılandığını deyən baş katib Fərhad Əliyev bildirib ki, gələn ilki yarışlarda Azərbaycana gələcək komandaların sayında xeyli artım gözlənilir.

İl ərzində idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nəticələrə gəlincə, Diana Dimçenko sahil avarçəkməsi üzrə Avropa çempionatında qızıl, dünya çempionatında isə gümüş medal əldə edib.

Yeri gəlmişkən, AKAF rəsmiləri bu idman növünün Xəzər dənizində inkişaf perspektivləri barədə danışarkən qeyd ediblər ki, bu istiqamətdə konkret addımlar atılmaqdadır və bunun üçün qarşıdakı illərdə beynəlxalq yarışların təşkili məsələsi də müzakirə olunur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə Mingəçevirdə və paytaxt Bakıda 11 peşəkar avarçəkmə klubunun fəaliyyət göstərdiyini xatırladan baş katib Federasiyanın əsas məqsədinin bu ənənələri bərpa etmək olduğunu bildirib.
Beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlıq məsələlərinin hər zaman ön planda olduğunu deyən AKAF-ın vitse-prezidenti Fərid Əmirov vurğulayıb ki, AKAF rəhbərliyinin Beynəlxalq Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Roland və Avropa Kanoe Assosiasiyasının prezidenti Albert Vudsla görüşlərində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib və ölkəmizdə bu idman növlərinin böyük inkişaf perspektivərinin olduğu xüsusi vurğulanıb.

Avarçəkmə idman növünün ölkəmizdə coğrafiyasının genişləndirilməsi məqsədilə müxtəlif rayonlarda su hövzələrinə baxış keçirildiyini deyən Fərhad Əliyev sentyabr ayında Neftçala rayonundakı Axmaz gölündə təlim-məşq toplanışının keçirildiyini xatırladıb.
O bildirib ki, avarçəkməni paytaxt Bakıya qaytarmaq üçün Xəzər dənizində həyata keçirilən sınaq yürüşləri uğurla başa çatıb və uzun illərdən sonra paytaxtda bu idman növünün həvəskarları üçün yeni imkanlar açılacaq – belə ki, dekabrın 24-də Dənizkənarı Bulvar ərazisində “Avarçəkmə Xəzər sularına qayıdır” devizi altında prosesə rəsmən start veriləcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail ABŞ-ın İrana mümkün zərbəsinə hazırlaşır - KİV

İsrail ABŞ-ın İrana mümkün zərbəsinə hazırlaşır - KİV

İspaniya Konqresinin sədri Azərbaycana səfərə gəlib - FOTO

İspaniya Konqresinin sədri Azərbaycana səfərə gəlib - FOTO

Namiq Qaraçuxurlu evindən görüntülər PAYLAŞDI - VİDEO

Namiq Qaraçuxurlu evindən görüntülər PAYLAŞDI - VİDEO

Zelenskidən VƏD: “Ayda 35 min həlak olmuş rus əsgəri…” - VİDEO

Zelenskidən VƏD: “Ayda 35 min həlak olmuş rus əsgəri…” - VİDEO

Gəncədə zəncirvari qəza - Yaralananlar var - FOTO

Gəncədə zəncirvari qəza - Yaralananlar var - FOTO

Rafinyadan həyat yoldaşına 60 min avroluq HƏDİYYƏ - FOTO

Rafinyadan həyat yoldaşına 60 min avroluq HƏDİYYƏ - FOTO

Naxçıvanın bəzi ərazilərdə işıq olmayacaq

Naxçıvanın bəzi ərazilərdə işıq olmayacaq

İlham Əliyev və Paşinyan Davosda ayaqüstü söhbət etdi

İlham Əliyev və Paşinyan Davosda ayaqüstü söhbət etdi

Röya evində QONAQLIQ ETDİ - FOTO/VİDEO

Röya evində QONAQLIQ ETDİ - FOTO/VİDEO

"Atletiko"nun futbolçusu "Qalatasaray"a KEÇƏ BİLƏR

"Atletiko"nun futbolçusu "Qalatasaray"a KEÇƏ BİLƏR

Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ

Səkkizinci sinif şagirdi qıza görə altı ilə yaxın həbsdə qalacaq - MƏHKƏMƏ

Mask: “Gələcəkdə insandan çox robot olacaq”

Mask: “Gələcəkdə insandan çox robot olacaq”

Sahil Babayev onu direktor təyin etdi - FOTO

Sahil Babayev onu direktor təyin etdi - FOTO

MLS klubları Levandovski ilə MARAQLANIR

MLS klubları Levandovski ilə MARAQLANIR

Prezident "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimindən VİDEOÇARX paylaşdı

Prezident "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimindən VİDEOÇARX paylaşdı

Xatun Elgizin ad günündə KÖVRƏLDİ - VİDEO

Xatun Elgizin ad günündə KÖVRƏLDİ - VİDEO

153 minlik dələduzluq - 71 yaşlı Nazim Xudaverdiyevin MƏHKƏMƏSİ

153 minlik dələduzluq - 71 yaşlı Nazim Xudaverdiyevin MƏHKƏMƏSİ

Prezidentin Davosda keçirdiyi görüşlərin SİYAHISI - FOTO

Prezidentin Davosda keçirdiyi görüşlərin SİYAHISI - FOTO

Mikayıl Cabbarov Davosda "Coca-Cola"nın rəsmisi ilə görüşüb - FOTO

Mikayıl Cabbarov Davosda "Coca-Cola"nın rəsmisi ilə görüşüb - FOTO

“Qarabağ” İngiltərəyə nə vaxt gedir?

“Qarabağ” İngiltərəyə nə vaxt gedir?

Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqları” konserti keçirilir - FOTO

Şəhriyar adına Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan aşıqları” konserti keçirilir - FOTO

Zelenski ELAN ETDİ: “Sabah Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş olacaq”

Zelenski ELAN ETDİ: “Sabah Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş olacaq”

Prezidentin sosial şəbəkə hesablarında İsveçrə səfərindən görüntülər paylaşılıb - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında İsveçrə səfərindən görüntülər paylaşılıb - VİDEO

Zelenski Trampla Davosda NƏLƏRİ müzakirə edib?

Zelenski Trampla Davosda NƏLƏRİ müzakirə edib?

End of content

No more pages to load

RADİO