İsraildə keçirilən “Masters” turnirinin ikinci yarış gününün nəticələri bəlli olub.
Bizim.Media xəbər verir ki, 81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi ardıcıl olaraq ikinci turda Moldova təmsilçisi Mixail Latisevə, 1/4 finalda yaponiyalı cüdoçu Sotaro Fucivaraya, yarımfinalda belçikalı idmançı Matias Kasseyə qalib gəlib.
Finalda onun rəqibi gürcüstanlı cüdoçu Tato Qriqalaşvili olub. Görüşün nəticəsində Səid Mollayi turnirin gümüş medalını əldə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
