Portuqaliya millisinin üzvü Kriştiano Ronaldonun gələcək taleyi hələ də müəyyənləşməyib.
Bizim.Media jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, “Əl-Nəsr”dan təklif hələ də masadadır.
Lakin 37 yaşlı hücumçunun özü Avropa klublarından təklif gözləmək istəyir.
Bildirilib ki, ərəb komandasının rəhbərliyi futbolçunun nümayəndələrinə yaxın günlərdə yekun qərarın verilməsində israrlı olacaqlarını söyləyib.
Qeyd edək ki, "Əl-Nəsr" futbolçuya 3 illik müqavilə təklif edib. O, bunu qəbul edəcəyi təqdirdə, ilinə 200 milyon avro qazanacaq.
Bizim.Media