Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-dən sonra yığmadakı karyerasını başa vura bilər.
Bizim.Media "Ole"yə istinadən xəbər verir ki, bu barədə millinin baş məşqçisi Lionel Skaloni məlumat verib.
"Bu, Messinin son oyunudursa, ümid edirəm ki, kuboku qazanacağıq. Bu, əla olardı. Bundan zövq alın. Dünya çempionatının finalından daha yaxşı nə ola bilər ki", - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, DÇ-2022-nin finalında Argentina və Fransa üz-üzə gələcək. Bu gün keçiriləcək həlledici görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bizim.Media