Bu gün DÇ-2022-də bürünc medal uğrunda qarşılaşma oynanılıb.
Bizim.Media xəbər verir ki, matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəlib.
"Xəlifə" stadionunda keçirilən görüşdə Xorvatiya 2:1 hesabı ilə qalib gələrək turniri 3-cü pillədə başa vurub.
Qeyd edək ki, yarımfinalda Xorvatiya Argentinaya (0:3), Mərakeş isə Fransaya uduzub (0:2).
DÇ-2022: Xorvatiya - Mərakeş - 2:1
Qol: Yosko Qvardiol, 7 (1:0), Aşraf Dari, 9 (1:1), Mislav Orsiç, 42 (2:1)
Bizim.Media