Fransa millisinin qripə yoluxmuş mərkəz müdafiəçiləri Rafael Varan və İbrahima Konate komandaya qayıdıb.
Bizim.Media xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.
Hücumçu Kinqsli Koman isə öz otağında təcrid olunmuş vəziyyətdədir.
Daha əvvəl bildirilirdi ki, Fransa komandası artıq xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görüb. Belə ki, komandanın yaşadığı otelin bütün işçilərindən maska taxmaq tələb olunur, otelin dəhlizlərində və yeməkxanalarda antiseptik gellər qoyulub.
Qeyd edək ki, Fransa millisi DÇ-2022-nin finalında Argentina ilə qarşılaşacaq.
Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Bizim.Media