"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilib.
Bizim.Media xəbər verir ki, Q.Qurbanov “Fairmont Baku” hotelində keçirilən tədbirdə mükafatlandırılıb.
Mərasimdə futboil ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər. 50 yaşlı mütəxəssis 67 jurnalist arasında təşkil olunan səsvermədə 54 səslə birinci olub.
Qeyd edək ki, Q.Qurbanov 2009-cu ildən bu yana keçirilən sorğuda hər il bu mükafata layiq görülüb.
Bizim.Media