"Real" “Palmeyras”ın gənc futbolçusu Endriki transfer edib.
Bizim.Media Braziliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 16 yaşlı hücumçu ilə 5+3 illik müqavilə imzalanıb.
Xəbərdə qeyd olunub ki, İspaniya klubu bu keçid üçün qarşı tərəfə 72 milyon avro təzminat ödəyəcək. Endrik 2024-cü ilin yayında -18 yaşı tamam olanda Madrid klubuna keçəcək.
Qeyd edək ki, daha əvvəl Endriki PSJ və "Çelsi" də heyətinə cəlb etməyə çalışıb.
Bizim.Media