Futbol üzrə Fransa millisi XXI əsrdə üç dəfə dünya çempionatlarının finalına vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Mərakeşi 2:0 hesabı ilə məğlub edən Fransa komandası həlledici görüşə vəsiqəni təmin edib və dekabrın 18-də Argentina ilə qarşılaşacaq.
Fransa seçməsi, həmçinin son yeddi dünya çempionatının 4-də final matçını oynayacaq.
Komanda 1998-ci və 2018-ci illərdə keçirilən mundiallarda qızıl, 2006-cı ildə gümüş medala sahib olub.
Bizim.Media