Qadınlardan ibarət “Azərreyl” voleybol klubu Avrokuboklarda növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, ölkə voleybolunun flaqmanı “Çağırış kuboku” turnirinin 1/16 final mərhələsində Almaniyanın “Thüringen"komandası ilə qarşılaşacaq.
Tərəflərin razılığına əsasən hər iki oyun Almaniyada keçiriləcək. İlk oyunda “Azərreyl”, təkrar qarşılaşmada isə Turingen meydan sahibi sayılacaq.
Oyun Bakı vaxtı ilə saat 22-də start götürəcək.
Komandalar haqqında hazırladığımız videomaterialımızı təqdim edirik:
Bizim.Media