Bu gün Qətərdə təşkil olunan DÇ-2022-də yarımfinal mərhələsinə start veriləcək.
Bizim.Media xəbər verir ki, ilk oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.
Bununla da mundialda ilk finalçı bəlli olacaq. Cütün qalibi mundialın həlledici qarşılaşmasında Fransa - Mərakeş duelinin güclüsü ilə üz-üzə gələcək.
"Lusail" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, yarımfinalın digər matçında sabah Fransa millisi Mərakeşi sınağa çəkəcək. Final oyunu isə dekabrın 18-də olacaq.
Bizim.Media