Xorvatiya millisinin və "Real"ın yarımmüdafiəçisi Luka Modriç barədə xəbər var.
Bizim.Media xəbər verir ki, "El Chiringuito" nəşri yazır ki, adıçəkilən futbolçu karyerasını İspaniyada başa vurmaq istəyir.
"Karyeramı "Real"da bitirmək istərdim. Bu, mənim arzumdur" -deyə Modriç bildirib.
Qeyd edək ki, 37 yaşlı oyunçunun Madrid klubu ilə hazırkı müqaviləsi bu mövsümün sonuna kimi hesablanıb.O, bu mövsüm Madrid klubunun heyətində bütün turnirlərdə 18 oyuna çıxıb və 5 qol vurub.
Bizim.Media